...

“Aztelekom” Dövlət Xidmətinin başladığı araşdırma ilə bağlı açıqlama yayıb

İqtisadiyyat Materials 15 Dekabr 2022 11:54 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Aztelekom” MMC olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin özəl internet provayderlərindən daxil olmuş şikayətlər əsasında başladığı araşdırma ilə bağlı bildiririk ki, həmin internet provayderlərinin şikayətlərini əsassız hesab edirik.

Bu barədə Trend-ə “Aztelekom” MMC-dən bildiriblər.

“Aztelekom” MMC müvafiq məlumatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edib.

Məlumat üçün bildirək ki, “Aztelekom” MMC-nin gördüyü işlər respublikada rabitə xidmətlərinin keyfiyyətinin artırılmasına, 2024-cü ilin sonunadək bütün ölkə ərazisinin GPON və digər genişzolaqlı texnologiyalar əsasında sürətli internetlə təmin edilməsinə, bütövlükdə cəmiyyətin rəqəmsal inkişafına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti