...

Aİ qaz qiymətlərinin dinamik maksimum həddini təsdiqləyib

İqtisadiyyat Materials 23 Dekabr 2022 03:39 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) qaz qiymətləri üçün maksimum həddi meqavat-saat üçün 180 avro (min kubmetr üçün təxminən 1,85 min avro) səviyyəsində təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Ai Şurasının saytında bildirilib.

Məlumata əsasən, bu qərar 2023-cü il 15 fevral tarixində qüvvəyə minəcək.

"Şura rəsmi olaraq vətəndaşları və iqtisadiyyatı həddindən artıq yüksək qiymətlərdən qorumaq üçün bazarın tənzimləmə mexanizminin yaradılması haqqında qərar qəbul edib", - deyə açıqlamada bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti