...

Qarabağda əcnəbilərə iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə rüsumun məbləği açıqlanıb

İqtisadiyyat Materials 30 Dekabr 2022 11:17 (UTC +04:00)
Qarabağda əcnəbilərə iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə rüsumun məbləği açıqlanıb

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və müddətinin uzadılması ilə bağlı prosedur təkmilləşdirilib.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2022-ci il 9 dekabr tarixli dəyişiklik 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə aşağıdakıları ehtiva edir:

Əmək miqrasiyası kvotası nəzərə alınmadan iş icazəsinin verilməsini və müddətinin uzadılmasını;
İş icazəsi ilə bağlı müraciətə baxılma müddətinin 5 iş günü azaldılmasını;
İş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasını.
İş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləğlərinin aşağıdakı kimi müəyyən edilməsi:
beş iş günü müddətində:
 3 ayadək - 700 manat;
 6 ayadək - 900 manat;
 1 ilədək - 1400 manat.
 1 il 6 ayadək - 1600 manat;
 2 ilədək – 1800 manat.
on iş günü müddətində:
 3 ayadək - 500 manat;
 6 ayadək - 700 manat;
 1 ilədək - 1200 manat.
 1 il 6 ayadək - 1400 manat;
 2 ilədək – 1600 manat.
on beş iş günü müddətində:
 3 ayadək - 350 manat;
 6 ayadək - 600 manat;
 1 ilədək - 1000 manat.
 1 il 6 ayadək - 1200 manat;
 2 ilədək – 1400 manat.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti