Bakı. Trend:
Azərbaycanda ölkə səviyyəsində risklərin müəyyənləşdirilərək qiymətləndirilməsi, həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də risklərin aradan qaldırılması və ya azaldılması üzrə yeni tədbirlər müəyyən edilir.
Trend-in məlumatına görə, Milli Məclisinin bu gün keçirilən iclasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsinə dair müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, ölkə risk qiymətləndirilməsi ölkə səviyyəsində risklərin müəyyənləşdirilərək qiymətləndirilməsi, həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də risklərin aradan qaldırılması və ya azaldılması üzrə atılan tədbirlərdən ibarətdir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin ölkə səviyyəsində qiymətləndirilməsi sahəvi və institusional qiymətləndirmələrin nəticələrinə əsaslanmaqla Koordinasiya Şurası tərəfindən aidiyyəti nəzarət orqanlarının, digər dövlət orqanlarının (qurumların), öhdəlik daşıyan şəxslərin, habelə bu qanunla müəyyən edilmiş şəxslərin, həmçinin əlaqəli sahələrin nümayəndələrinin iştirakı ilə ən azı 3 ildə bir dəfə həyata keçirilir.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.