...

Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Materials 5 Yanvar 2023 15:54 (UTC +04:00)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 81-ə çatıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, “Startap” şəhadətnamələri "Recepta" MMC-nin kassa çeklərinin rəqəmsallaşması üzrə platforma, "Too Far Logistics" MMC-nin sürətli kuryer xidməti üçün onlayn platforma, "İntelligent Services And Solutions Company" MMC-nin fasad yuma robotlarının istehsalı və satışı layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti