...

Qarabağ iqtisadi rayonunun ekoloji vəziyyətinə dair müzakirələr keçiriləcək

İqtisadiyyat Materials 26 Yanvar 2023 16:12 (UTC +04:00)
Qarabağ iqtisadi rayonunun ekoloji vəziyyətinə dair müzakirələr keçiriləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ iqtisadi rayonu ərazisinin ekoloji vəziyyətinə dair müzakirələr keçiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üzrə İş planına daxil edilib.

İş planına, həmçinin, milli prioritetlər çərçivəsində bərpa olunan enerji haqqında qanunun icrasına dair müzakirlər daxil edilib.

Qeyd edək ki, Qarabağ iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulub. Qarabağ iqtisadi rayonu Xankəndi • Ağcabədi • Ağdam • Bərdə • Füzuli • Xocalı • Xocavənd • Şuşa • Tərtər ərazilərini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti