...

Ötən il 111 müəssisə akkreditasiyadan keçib

İqtisadiyyat Materials 31 Yanvar 2023 13:05 (UTC +04:00)
Ötən il 111 müəssisə akkreditasiyadan keçib

Trend-i buradan izləyin

Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 111 müəssisə akkreditasiyadan keçib, 17 müəssisənin akkreditasiya sahəsi genişləndirilib.

Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, il ərzində sahibkarlıq subyektlərinə malın mənşə ölkəsini təsdiqləyən 61 mindən çox sertifikat verildiyini qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda antinhisar məsələləri və haqsız rəqabət halları üzrə qaldırılan işlərin sayı 2021-ci illə müqayisədə üç dəfə, bağlanmış işlərin sayı isə 2,2 dəfə artıb. 2022-ci ildə bütünlükdə 48 işə baxılıb ki, 2021-i ildə bu göstərici 22, 2020-ci ildə isə 6 olub. 2022-ci ildə qaldırılan işlərin sayı 60, 2021-ci ildə 20, 2020-ci ildə isə 9 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti