...

Credit Suisse dolların dünyadakı rolunun getdikcə azalamasını "tamamilə mümkün" hesab edir

İqtisadiyyat Materials 1 Fevral 2023 18:06 (UTC +04:00)

Bakı. Trend:

İsveçrənin Credit Suisse bankı ABŞ dollarının dünyanın valyuta rezervlərində rolunun getdikcə azalamasını "tamamilə mümkün" hesab edir.

Trend-in məlumatına görə, bankın bu gün dərc olunan "Monetar sistemin gələcəyi" məruzəsində son iki onillik ərzində valyuta ehtiyatlarında dolların payının azaldığı və dünyanın tədricən "daha çoxqütblü valyuta sistemi"nə doğru hərəkət etdiyi qeyd olunub.

"Dünya valyuta ehtiyatlarında dolların rolunun getdikcə azalması, fikrimizcə, tamamilə mümkündür", - ekspertlər təsdiqləyib. Onlar valyuta ehtiyatlarında dolların çəkisinin hələ də onun "hegemonluğu"ndan xəbər verdiyini bildirib. Bununla belə, analitiklər "iri mərkəzi bankların ola bilsin ki, sanksiya risklərini məhdudlaşdırmaq üçün ABŞ dollarından imtina edərək fəaliyyətlərini diversifikasiyalaşdırdığına" diqqət yetiriblər

"Dünya valyuta ehtiyatlarında dolların payı son iki onillik ərzində "faktiki olaraq 1970-ci illərin sonlarında ABŞ dollarının qızıla çevrilməsindən imtinadan və ABŞ-da yüksək makroiqtisadi qeyri-stabillik dövründən sonra nəzərəçarpan tendensiyanı davam etdirərək" azalıb", - məruzədə qeyd olunub. 1999-cu ildə avronun payı kəskin artdı, lakin daha sonra nəzərçarpan artım olmadı. İkincisi, xüsusən, 2008-ci ildəki böhrandan sonra ehtiyatlarda digər valyutaların payı tədricən artdı. Üçüncü tendensiya "təqribən 2015-ci ildən başlayaraq Çin yuanının payının tədricən artmasından ibarətdir, lakin bu valyuta hələ də çox aşağı olaraq qalır". Analitiklərin fikrincə, "dünya tədrivən daha çoxqütblü valyuta sisteminə doğru irəliləyir", "Məsələ bu prosesin rəvan şəkildə davam edib-etməyəcəyində" və ya "strukrur irəliləyiş və ya dönüşün" baş verəcəyindədir", - ekspertlər qeyd edib.

Credit Suisse "yaxın gələcəkdə aparıcı valyuta qismində ABŞ dollarını əvəz etmək üçün bariz namizədin olmadığına" əsaslanır. Ekspertlərin fikrincə, "qlobal valyutanın yaradılması xəyali olaraq qalır - bunun üçün geosiyasi mühitdə intensiv əməkdaşlıq tələb olunur". Eyni zamanda, kapital bazarının dərinləşməsi və əsas inkişaf etmiş bazarlar arasında ticarətin genişləndirilməsi "onların valyutalarının rolunu artırır". Bundan başqa, ABŞ dollarındakı dəyişmələr nəticələrindən qorunmaq üçün qarşılıqlı sığorta sxemləri və alternativ ödəniş sxemi "daha çoxqütblü valyuta dünyasından xəbər verir", - analitik yekunda bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti