Bakı. Trend:
Dünya Bankı (DB) ölkənin fond birjasının yenidən qurulmasında Tacikistanın dövlət əmanət bankı “Amonatbonk” ilə əməkdaşlıq etməyə hazırdır.
Trend-in "Amonatbonk"a istinadən məlumatına görə, bu barədə Dünya Bankının işçi qrupunun rəhbəri Xuan Karlos deyib.
Onun sözlərinə görə, bu məsələ fevralın 1-də Dünya Bankının işçi qrupu ilə "Amonatbonk"un idarəetmə heyəti arasında Tacikistanın Düşənbə şəhərində keçirilən görüş zamanı müzakirə olunub.
Ətraflı məlumatı buradan ala bilərsiniz.