Bakı.Trend:
İnnovasiya Forumunun keçirilməsi Azərbaycan və İsrail arasında İT sahəsində əlaqələrin inkişafına səbəb olacaq.
Trend-in məlumatına görə, bu barədə bu gün İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanda da İsraildə olduğu kimi sıx əməkdaşlıq edən birgə müəssisələr var.
"Bu kimi tədbirlər keçirməklə böyük uğurlar qazanacağımızdan əminəm, belə ki, innovasiyalar sektoru hazırda çox mühüm rol oynayır", - o əlavə edib.
A.Kaplunun bildirdiyinə görə, həmçinin bir çox İsrail şirkəti Azərbaycan bazarına daxil olmaqda maraqlıdır.
Qeyd edək ki, Azərbaycan və İsrail kibertəhlükəsizlik sahəsində sıx əməkdaşlıq aparır.