...

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası fəaliyyət istiqamətini genişləndirməyə çalışır

İqtisadiyyat Materials 13 Fevral 2023 16:38 (UTC +04:00)
İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası fəaliyyət istiqamətini genişləndirməyə çalışır
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası Azərbaycanda kənd təsərrüfatı və təhsildə innovativ texnologiyalar sferasında İsrail təcrübəsinin cəlb olunmasına xüsusi diqqət yetirir.

Trend-in məlumatına görə, bu barədə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun jurnalistlərə deyib.

"Azərbaycan rəhbərliyi kənd təsərrüfatı və təhsilin inkişafına xüsusi diqqət ayırdığından, biz diqqətimizi məhz bu sahələrə yönəltmişik", - Kaplun deyib.

Onun sözlərinə görə, "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumu nəinki Azərbaycanda İsrail təcrübəsinin tətbiqinə imkan verəcək, həm də iki ölkənin iş adamlarını birləşdirəcək.

"Bu gün İsrail və Azərbaycan arasında biznes tərəfdaşlığı yaxşı inkişaf edib. Biz əməkdaşlığımızın təkcə bu sahədə deyil, həm də bir çox digər sahələrdə möhkəmləndirilməsi niyyətindəyik", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti