...

Azərbaycanda ÜDM-də özəl sektorun payı artıb

İqtisadiyyat Materials 23 Fevral 2023 11:00 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ümumi daxili məhsulda (ÜDM) özəl sektorun payı 1995-2021-ci illər ərzində 2,8 dəfə artıb.

Trend-in məlumatın görə, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, rəqabətə davamlı iqtisadiyyatın reallaşdırılması üçün 2022-2026-cı illər üzrə strategiyaya əsasən gələcəkdə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

"Dövlət satınalmaları və ticarət fəaliyyəti haqqında yeni qanun layihəsinin hazırlanması planlaşdırılır. Həmçinin 2023-2025-ci illərdə qlobal tələblərə inteqrasiya məqsədilə milli standartlara dair yeni tələblər hazırlanacaq", - o deyib.

M.Abbasbəyli həmçinin sahibkarlığın aparılmasında şəffaflığın təmin edilməsinin Dövlət Xidmətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

"Rəqabət üzrə yeni elektron portal, keyfiyyət portalı hazırlamağı, həmçinin dövlət satınalmaları portalının funksiyalarını genişləndirməyi planlaşdırırıq", - o qeyd edib.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə Azərbaycanda ÜDM-də özəl sektorun payı 83,5 faizə çatıb. Sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta müəssisələrin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti