...

Polşa Azərbaycanda yeni yol təhlükəsizliyi sisteminin yaradılmasına köməklik göstərəcək - Nazir müavini

İqtisadiyyat Materials 3 Mart 2023 10:32 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Azərbaycanda yol hərəkətinin yeni təhlükəsizlik sisteminin yaradılacağından əmindir.

Trend-in məlumatına görə, bu barədə bu gün Polşanın infrastruktur nazirinin müavini Andzej Bittel "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Polşa və Litvadan olan ekspert qrupu öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəklər.

"Əminəm ki, Azərbaycanla 30 il ərzində formalaşmış effektiv əməkdaşlığımız bizə bu layihəni yaxın zamanda həyata keçirməyə imkan verəcək", - o əlavə edib.

Qeyd edək ki, layihə çərçivəsində Polşa və Litvadan olan 58 mütəxəssis tərəfindən ölüm və ağır xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına, zərərin minimallaşdırılmasına, qanunvericiliyin təkmilləşdirilməsinə, həmçinin, yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət orqanlarının kadr potensialının inkişafına yönəlmiş 38 müxtəlif missiya icra olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti