...

Azərbaycanda yol təhlükəsizliyi gücləndiriləcək - Nazir

İqtisadiyyat Materials 3 Mart 2023 11:07 (UTC +04:00)
- nazir
Azərbaycanda yol təhlükəsizliyi gücləndiriləcək - Nazir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Polşa və Latviya ilə birlikdə yol təhlükəsizliyini gücləndirəcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bu məqsədlə "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsi həyata keçiriləcək.

"Bu layihə növbəti illər ərzində yol təhlükəsizliyinin hüquqi bazasını formalaşdırmağa və ona dəyişikliklər etməyə, həmçinin bir sıra digər layihələr həyata keçirməyə imkan verəcək", - o əlavə edib.

Qeyd edək ki, layihənin iki il müddətində - 2024-cü ilin oktyabr ayına qədər keçirilməsi nəzərdə tutulur. Layihənin büdcəsi 1 milyon avro nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti