...

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb - Nazir

İqtisadiyyat Materials 17 Mart 2023 12:20 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Tvitter səhifəsində yazıb.

"Ağdam Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb, belə ki, daha iki sahibkarlıq subyekti rezident statusu alıb", - məlumatda deyilir.

Nazir investisiyalarının ümumi həcmi təqribən 36 milyon manat olan layihələrin reallaşması hesabına iki müəssisədə ("Qarabağ Steel" MMC, "Thermo Natural Azerbaijan" MMC) 130-dan çox daimi iş yeri açılacaq.

Xatırladaq ki, 2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezident statusu, 3 sahibkara isə qeyri-rezident statusu verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti