Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə nazir öz "Twitter" hesabında paylaşım edib.
"Mehmet Muş ilə görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə Dəyişiklik Haqqında Protokol paraflandı. Qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılması ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcək", - deyə M.Cabbarov bildirib.