...

Azərbaycan iqtisadiyyatında vergi daxilolmaları 82 faiz artıb - Nazir

İqtisadiyyat Materials 25 Aprel 2023 12:35 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan iqtisadiyyatında vergi daxilolmaları 82 faiz artıb.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, ötən il bütünlükdə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 15,5 milyard manat dəyərində vəsait daxil olub.

"Bu göstərici Azərbaycanın müstəqillik dövrü ərzindəki rekord göstəricidir. Bu cür nəticələrin əldə olunması Azərbaycan hökuməti tərəfindən müəyyən edilən bir sıra fiskal güzəşt və təşviqlərlə şərtlənib. Sevindirici haldır ki, xüsusən qeyri-neft sektorunda ödənilən vergilərin 80 faizdən çoxu özəl sektorun payına düşür", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti