...

Xarici bazarlara tədarükün şaxələndirilməsi üçün tələb olunan ixrac prosedurları müzakirə edilib

İqtisadiyyat Materials 26 Aprel 2023 06:37 (UTC +04:00)

Bakı. Trend:

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə pomidor ixracatçıları ilə görüş keçirilib.

AZPROMO-dan Trend-ə bildirilib ki, tədbirdə agentliyin dəstək tədbirləri haqqında məlumat verilib, ixrac coğrafiyasının genişləndirilməsinin vacibliyi vurğulanıb, xarici bazarlara tədarükün diversifikasiyası üçün tələb olunan ixrac prosedurları ilə bağlı müzakirələr aparılıb.

Görüşdə AZPROMO tərəfindən yeni bazarların araşdırılması və yeni əməkdaşlıq əlaqələrin yaradılması üçün beynəlxalq sertifikatların alınma prosesi və qəbul edilmiş keyfiyyət standartlarının meyarları haqqında danışılıb, ixracatçıların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti