...

CITIBANK və RAIFFEISEN BANK Qarabağda separatçıları maliyyələşdirməklə Azərbaycan qanunvericiliyini və beynəlxalq normaları pozur - Fərid Baxşıyev

İqtisadiyyat Materials 26 Aprel 2023 11:53 (UTC +04:00)

Bakı. Trend:

“Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Ermənistan və beynəlxalq strukturlarla əməkdaşlıq çərçivəsində yaratdığı “Biz - bizim dağlar” adlı inkişaf agentliyi Qarabağda “humanitar fəaliyyət” adı altında bir sıra layihələr həyata keçirməkdədir.

Agentliyin rəsmi saytında ictimaiyyətə çatdırılan layihələr arasında sistemli hərbi təlim və maarifləndirməni özündə əks etdirən “David-Beck” Gənclər Çempionatı adlı müsabiqə üçün ianələrin toplanması da vardır. Qeyd olunur ki, bu ilin yanvar-may aylarında keçirilməsi nəzərdə tutulan müsabiqənin ümumi büdcəsi təxminən 212 min ABŞ dollarını əhatə edir. Tədbirin keçirilməsində məqsəd gənclər arasında hərbi mövzuların təbliği, gənclərin hərbi əməliyyatlara hazırlığının təmin edilməsi və təcrübəli döyüş hissələrinin formalaşdırılmasıdır.

İanələr bank köçürməsi və kredit kartı ilə mümkündür və əsas bank hesabı erməni əsilli AMERIABANK-a aid olsa da, müxbir banklar vasitəsilə dollarla köçürmələr - CITIBANK NA, NEW YORK, avro ilə köçürmələr üçün - RAIFFEISEN BANK INTERNATIONAL AG, VIENNA, həmçinin rublla köçürmə üçün - RAIFFEISEN BANK MOSCOW vasitəsi ilə mümkündür.

Ekvita şirkətinin İdarəetmə Konsaltinq üzrə partnyoru Fərid Baxşıyev Trend-ə müsahibəsində bildirib ki, hüquqi baxımdan bank tərəfindən həyata keçirilən istənilən əməliyyat bankın qeydiyyatda olduğu ölkənin qanunları ilə tənzimlənməlidir.

“Separatçı qüvvələrin Qarabağda “humanitar fəaliyyət” adı altında bir sıra layihələr həyata keçirməsi və bu qanunsuz fəaliyyətdə CITIBANK NA, NEW YORK, RAIFFEISEN BANK INTERNATIONAL AG, VİENA kimi beynəlxalq bankların və həmçinin RAIFFEISEN BANK MOSCOW bankın iştirakı Azərbaycan qanunlarını pozur. Bununla yanaşı, bank əməliyyatlarının beynəlxalq konteksdə tənzimlənməsinin Bazel prinsipləri də mövcuddur və bu prinsiplər bank və transmilli maliyyə əməliyyatlarının əsas çərçivəsini müəyyənləşdirir. Əlavə olaraq, hər bir bankın, o cümlədən sadalanan bankların daxili korporativ qayda və normaları var. Göründüyü kimi burada həm milli, həm beynəlxalq, həm də korporativ hüquq və normaların pozuntusu mövcuddur”.

Fərid bəy həmçinin vurğulayıb ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə beynəlxalq standartı (FATF 40+9) təmin edən tövsiyələr mövcuddur və yuxarıda göstərilən fəaliyyətlərin bu tövsiyələri də pozur. Belə ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmayan və ya işğal altında olan ölkələrdə hər hansı maliyyə əməliyyatlarının həyata keçirilməsi FATF-ın tələblərinə ziddir.” – deyə o əlavə edib. “

Xəbər lenti

Xəbər lenti