...

Azərbaycan-Özbəkistan birgə avtomobil zavodu həmçinin avtomobil ehtiyat hissələri istehsal edəcək

İqtisadiyyat Materials 1 May 2023 18:20 (UTC +04:00)
Azərbaycan-Özbəkistan birgə avtomobil zavodu həmçinin avtomobil ehtiyat hissələri istehsal edəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Hacıqabul. Trend:

Azərbaycan-Özbəkistan birgə avtomobil istehsalı müəssisəsində həmçinin ehtiyat hissələrin istehsal olunacağı gözlənilir.

Trend bazar ertəsi xəbər verir ki, bunu Azərbaycan "Maşın və avadanlıq istehsalçıları" Assosiasiyasının sədri Emin Axundov Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun təməlqoyma mərasiminin kuluarlarında jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu addım avtomobil istehsalı üzrə layihənin reallaşdırılmasının üçüncü mərhələsi çərçivəsində nəzərdə tutulub.

"Hazırda avtomobil istehsalı üzrə birgə zavodun tikintisinə start verilib. Bu, özündə avtomobil yığımını əks etdirən layihənin icrasının birinci mərhələsidir. İkinci mərhələdə zavodun inkişafını və əlavə istehsalat imkanlarının işə salınmasına hazırlığı, üçüncü mərhələdə isə ehtiyat hissələrin istehsalını planlaşdırırıq", - E.Axundov deyib.

Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun 2025-ci ilin mayında işə salınacağı gözlənilir. Zavodun investisiya dəyəri 88 milyon manat təşkil edəcək. Hacıqabul Sənaye Məhəlləsində 16 hektarlıq ərazidə yerləşəcək zavodda 1200 yeni iş yeri açılacaq. Zavodun gücü ildə 30 min avtomobil olacaq. Müəssisədə ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan kimi ölkələrin texnologiyalarından istifadə olunacaq. Müəssisədə "Chevrolet", "Cobalt", "Malibu", "Tracker" və "Equinox" kimi markalı avtomobillərin istehsal olunacağı gözlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti