...

Sahibkarlıq sahəsində yoxlama obyektinin dəqiq siyahısı müəyyənləşdirilir

İqtisadiyyat Materials 4 May 2023 12:04 (UTC +04:00)
Sahibkarlıq sahəsində yoxlama obyektinin dəqiq siyahısı müəyyənləşdirilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarlıq sahəsində yoxlama obyektinin dəqiq siyahısı müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklikdə öz əksini tapıb.

Yoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılardır:

- sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti;

- sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi;

- sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti