...

Yanvar-aprel aylarındaTürkiyənin Qazaxıstana polad məhsulları ixracı artıb

İqtisadiyyat Materials 8 May 2023 17:19 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-aprel aylarında Qazaxıstana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz artaraq 11,6 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyə Qazaxıstana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 33,6 faiz artaraq 2,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz azalaraq 4,6 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,1 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 46,8 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 18 milyard dollar məbləğində polad məhsulları ixracı edib.

Xəbər lenti

Xəbər lenti