Bakı. Trend:
Azərbaycanda qadın sahibkarlar inklüziv iş yerləri açırlar.
Trend çərşənbə günü xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının direktoru Maykl Nerbass Bakıda keçirilən "SHE Congress" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, USAID Azərbaycanda qadın sahibkarlığını dəstəkləyir və bundan sonra da dəstəkləməyə davam edəcək.
"Biz Azərbaycan qadınları üçün təlim və seminarlar keçiririk ki, biznesləri daha uğurlu olsun. Bizim əsas missiyamız biznesin qurulması, həmçinin bazar iştirakçıları arasında dürüst və şəffaf rəqabət üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Həmçinin Azərbaycanın bölgələrindəki qadınların da biznes qurma vasitələrinə çıxışının olmasını vacib hesab edirəm və biz bu istiqamətdə də çalışırıq", - deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)