...

“Zəngilan” tankeri yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 18 May 2023 10:33 (UTC +04:00)
“Zəngilan” tankeri yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir - Mikayıl Cabbarov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb. Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.

"Tankerin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin uğurla icrasına və yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir", -deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, 16 may tarixində Azərbaycanda "Zəngilan" tankeri suya buraxıldı. Tanker Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişilə inşa edilib.

Tankerin uzunluğu 141, eni 16,9, hündürlüyü isə 6 metrdir. Tankerin dənizdə deveyti 8009 tondur, ən müasir avadanlıqla, o cümlədən hər biri 1200 kilovat gücünə malik iki əsas mühərriklə, yük nasosları, sistem ventilyasiyası, naviqasiya cihazları və separatorla təchiz olunub. Gəminin sürəti saatda 10 uzelə çata bilir. Ümumi tutumu 9 212 kubmetr olan altı yük çəninə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti