...

Yelo Bank-a növbəni onlayn götürün, filialda gözləməyin

İqtisadiyyat Materials 18 May 2023 14:50 (UTC +04:00)
Yelo Bank-a növbəni onlayn götürün, filialda gözləməyin

Bakı. Trend:

Yelo Bank xidmətlərində rəqəmsal həllərin tətbiqi ilə əhalinin bank təcrübəsini yeniləmək üçün durmadan çalışır. Müştərilərin rahatlığı üçün Bankın rəsmi veb-saytında və Yelo mobil tətbiqində onlayn növbə xidməti mövcuddur. Bu xidmət vasitəsilə ən yaxın filialda faydalanmaq istədiyiniz xidmət üçün sizə uyğun tarix və saatda növbə götürə bilirsiniz. Bu zaman mobil nömrə və elektron poçtunuza təsdiq kodu gəlir. Həmin kodu filiala yaxınlaşdıqda növbə terminalına qeyd etməklə, seçilmiş xidmət sahəsi üzrə ən birinci boş masaya növbə sırası əldə etmək olur.

Xidmətdən istifadə etməklə bank kartları, hesab üzrə əməliyyatlar, kreditlər, əmanətlər təcili pul köçürmələri və s. üçün onlayn növbə almaq mümkündür. Müştərilərə rezerv etdikləri vaxtdan 5 dəqiqə əvvəl filiala yaxınlaşmaq tövsiyə olunur. Xidmətdən faydalanmaq üçün: https://bit.ly/ylkdnhy

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. Yelo Bank AR Mərkəzi Bankının 203 saylı lisenziyası əsasında 25.02.1994-cü ildən 17 filial və 1 özünəxidmət mərkəzi ilə müştərilərin xidmətindədir. Ünvan: Həsən bəy Zərdabi pr. 81 K, Tel: 981

Yelo Bank – Parlaq bankçılıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti