...

Litva Azərbaycan şirkətlərini investorlar üçün müxtəlif vasitələrdən yararlanmağa dəvət edir - Nazir

İqtisadiyyat Materials 22 May 2023 17:55 (UTC +04:00)
Litva Azərbaycan şirkətlərini investorlar üçün müxtəlif vasitələrdən yararlanmağa dəvət edir - Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vilnüs. Trend:

Azərbaycan şirkətlərini investorlara təklif etdiyimiz müxtəlif vasitələrdən yararlanmağa dəvət edirik.

Trend bazar ertəsi xəbər verir ki, bunu Litva Respublikasının iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonayte Vilnüsdə keçirilən Azəbaycan-Litva biznes-forumunda deyib.

"İnvestorlar üçün şəraitin yaxşılaşdırılmasının və birbaşa xarici investisiyalar sahəsində siyasətimizin tərəfdarıyıq. Bu sahələrə qabaqcıl istehsalat, tibb-biologiya sahəsi, informasiya-kommunikasiya texnologiyaları və maliyyə texnologiyaları daxildir", - o deyib.

Armonayte qeyd edib ki, söhbət fintex şirkətlərdən gedirsə, bu sahədə Vilnüs Aİ-də bir nömrəli paytaxtdır.

"Litva Azərbaycanla əməkdaşlıq layihələrinin genişləndirilməsi üçün böyük potensial görür və fəal şəkildə özünün qabaqcıl praktikası, təcrübəsi və uğur tarixçələrini bölüşür. Bütün bu səbəblərdən əminəm ki, bugünkü tədbir bir çox müxtəlif sahədə əməkdaşlıq üçün yeni imkanlar açacaq. Litva Qərblə Şərq arasında körpü rolunu oynamağa can atan açıq, proqressiv və ambisiyalı ölkədir. Sizi də sıx işgüzar əlaqələrin inkişafını davam etdirməyə dəvət edirik", - nazir sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti