...

bp-nin vitse-prezidenti Bakıda səfərdədir

İqtisadiyyat Materials 31 May 2023 18:29 (UTC +04:00)
bp-nin vitse-prezidenti Bakıda səfərdədir

Bakı. Trend:

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel Bakıda 3-günlük səfərdədir.

bp-dən Trend-ə verilən məlumata görə, səfərin məqsədi Azərbaycanda enerji sənayesi sahəsində ilin ən böyük və ən mühüm hadisəsi olan Bakı Enerji Həftəsi çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak etməkdir.

Səfər proqramı çərçivəsində həmçinin Qordonun Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovla, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovla, Energetika naziri cənab Pərviz Şahbazovla və SOCAR-ın prezidenti cənab Rövşən Nəcəflə işgüzar görüşləri də planlaşdırılır. Bu görüşlərdə bp-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırki vəziyyəti və bp-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Səfər çərçivəsində cənab Birrel həmçinin bp-nin regional rəhbərliyi ilə görüşlər keçirəcək və hazırda dənizə yola salınmağa hazır vəziyyətdə olan ACE platformasının üst modullarındakı son sınaq işlərini görmək məqsədilə Bibiheybətdəki tikinti-quraşdırma sahəsinə baş çəkəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti