...

Macarıstanın enerji təhlükəsizliyi Azərbaycan sayəsində daha da möhkəmlənib - Peter Siyarto

İqtisadiyyat Materials 3 İyun 2023 17:51 (UTC +04:00)
Macarıstanın enerji təhlükəsizliyi Azərbaycan sayəsində daha da möhkəmlənib - Peter Siyarto
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın enerji təhlükəsizliyi bu gün Azərbaycandan gələn qaz sayəsində daha da möhkəmlənib.

Trend-in şənbə günü verdiyi məlumata görə, bu barədə Macarıstanın Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto "Facebook" səhifəsində bildirib.

"Macarıstanın MVM CEEnergy şirkəti ilə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanmış müqaviləyə əsasən, Macarıstan 2023-cü ilin sonuna kimi Azərbaycandan 100 milyon kubmetr təbii qaz alacaq. Bu, Macarıstana təbii qaz tədarükünün şaxələndirilməsində növbəti mərhələdir", - nazir bildirib.

O qeyd edib ki, Macarıstanın enerji təhlükəsizliyi daha da artıb, çünki diversifikasiyanın məqsədi təhlükəsiz təchizatı təmin etmək üçün mümkün qədər çox yeni mənbələr cəlb etməkdir.

Qeyd edək ki, iyunun 2-də SOCAR prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşüb. Görüşün sonunda SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Müqavilədə qeyd olunan qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başlanılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti