...

BOKT-lar kredit kartları buraxa biləcək

İqtisadiyyat Materials 9 İyun 2023 12:34 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bank olmayan kredit təşkilatlarına kreditlərin verilməsi məqsədilə ödəniş hesablarının açılması, kredit kartlarının emissiyası hüququnun verilməsi təklif olunur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin iclasında maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi üçün qanun layihələrinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Komitə sədri qeyd edib ki, qanun layihələrinin hazırlanmasında beynəlxalq təcrübədən, Dünya Bankı və BVF-nin tövsiyələrindən istifadə edilib.

“Qanun layihələrinin əsas məqsədləri Mərkəzi Bankın maliyyə bazarlarında meqarequlyator funksiyalarının təsbit olunması, maliyyə bazarlarında tənzimləmə və nəzarət sisteminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, idarəetmə prosedurlarının sadələşdirilməsi, bankçılıq sahəsində müstəqilliyin artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, vətəndaşlara maliyyə əlçatanlığının artırılmasıdır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti