...

Türkiyədə 200 yeni neft quyusu qazılacaq

İqtisadiyyat Materials 9 İyun 2023 14:26 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə 2023-cü ilin sonuna qədər 20-yə yaxın ərazidə 200 yeni neft quyusu qazılacaq.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə ölkənin "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti açıqlama verib.

Məlumata əsasən, TPAO il sonuna qədər ölkədaxili neft istehsalını 76 mindən, 90 min barrelə çatdırmağı hədəfləyir.

Qeyd edək ki, Türkiyənin ölkədaxili neft istehsalı son 32 ildə rekord göstəriciyə, 70 min 76 barrelə çatıb.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti