...

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 17 İyun 2023 13:20 (UTC +04:00)
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib (FOTO)

Bakı. Trend:

17 iyun tarixində Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, 2022-ci il büdcəsinin icrası və Fondun 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə məsələlər ətraflı müzakirə edilib.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

İclasda Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti və büdcəsinin icrasına dair hesabatlarının, 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə layihənin Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti