...

Türkiyənin İƏT ölkələrinə ixracı 5 milyard dolları ötüb

İqtisadiyyat Materials 31 İyul 2023 13:14 (UTC +04:00)
Türkiyənin İƏT ölkələrinə ixracı 5 milyard dolları ötüb

Bakı.Trend:

2023-cü ilin iyun ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrə ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə 9 faiz azalaraq 5,1 milyard dollar olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar-iyun ayında, Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 4 faiz azalaraq 29,8 milyard dollar olub.

“Bu ilin iyun ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrdən idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz azalaraq 3,1 milyard dollar təşkil edib” - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 5,5 faiz artaraq, 21,4 milyard dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 46 milyard 968 milyon dollar təşkil edib.

Nazirlikdən bildirilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə ixracı 10,5 faiz azalaraq 20 milyard 904 milyon dollara, idxalı isə 17,5 faiz azalaraq 26 milyard 64 milyon dollara çatıb.

Bu ilin yanvar-iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 307 milyar 917 milyon dollar təşkil edib.

Qeyd olunub ki, bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 1,9 faiz azalaraq 123 milyard 341 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 4,1 faiz artaraq 184 milyard 576 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti