Bakı. Trend:
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Trend xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,41 dollar azalaraq, 90,19 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,45 dollar ucuzlaşaraq 87,09 dollar təşkil edib.