Bakı. Trend:
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Trend xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,98 dollar azalaraq 91,18 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,15 dollar ucuzlaşaraq 86,93 dollar təşkil edib.