...

Azərbaycanda adambaşına düşən büdcə xərcləri açıqlanıb

İqtisadiyyat Materials 2 Noyabr 2023 11:27 (UTC +04:00)
Azərbaycanda adambaşına düşən büdcə xərcləri açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində adam başına düşən büdcə xərcləri 3500 manatdan yuxarıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zaman komitə sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, bu ilin 9 ayında ölkə iqtisadiyyatında əlverilişli makroiqtisadi meyillər müşahidə edilib, tamamilə qeyri-neft-qaz sahələri hesabına iqtisadi artım təmin edilib, inflyasiya tempindən zəifləmə müşahidə edilib, tədiyyə balansında profisit izlənilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti