...

Bakıda muzdla işləyənlərin orta ayıq əməkhaqqı açıqlandı

İqtisadiyyat Materials 29 Noyabr 2023 19:44 (UTC +04:00)
Bakıda muzdla işləyənlərin orta ayıq əməkhaqqı açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda muzdla işləyənlərin orta ayıq əməkhaqqı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Bakı Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artaraq, 1167,9 manat təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq, 919,8 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də, informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xəbər lenti

Xəbər lenti