...

Şirkətlərin borcunun əvəzləşdirilməsi ilə bağlı yeni mexanizm yaradılır

İqtisadiyyat Materials 5 Dekabr 2023 13:09 (UTC +04:00)
Şirkətlərin borcunun əvəzləşdirilməsi ilə bağlı yeni mexanizm yaradılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şirkətlərin borcunun əvəzləşdirilməsi ilə bağlı yeni mexanizm yaradılır.

Trend-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının artırılması zamanı cəmiyyət iştirakçılarının yekdil qərarı əsasında həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaqla nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad oluna bilərlər. Bu cür təşəbbüslə cəmiyyətə qarşı pul tələbi olan şəxslər və ya cəmiyyət çıxış edir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti