...

Azərbaycanda internet istifadəçilərinin 77 faizinin sosial şəbəkə hesabları var - Tədqiqatçı

İqtisadiyyat Materials 15 May 2024 17:04 (UTC +04:00)
Azərbaycanda internet istifadəçilərinin 77 faizinin sosial şəbəkə hesabları var - Tədqiqatçı
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda internet istifadəçilərinin 77 faizinin sosial şəbəkələrdə hesabları var.

Trend xəbər verir ki, bu barədə bu gün menecer, tədqiqatçı analitik, konsultant, müstəqil ekspert Riina Vuorikari Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalq konfransında çıxışında deyib.

Onun sözlərinə görə, bu barədə "Rəqəmsal Bacarıqların Tədqiqi: Azərbaycan 2023-2024" (Azerbaijan Digital Skills Assessment 2023-2024) məlumatlarında qeyd olunub.

"Bu tədqiqat Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Beynəlxalq Elektrik Rabitəsi İttifaqının MDB üzrə Regional Ofisi tərəfindən aparılıb. Sorğu Azərbaycanın 13 bölgəsində təsadüfi seçim əsasında təqribən 35 min nəfər arasında keçirilib", - o deyib.

Hesabata əsasən, Azərbaycanda internet istifdəçilərinin 88 faizi zənglərini şəbəkə üzərindən həyata keçirir, 77 faiz sosial şəbəkələrdə hesablara malikdir, 18 faiz internetdən konsultasiyalar və səsvermə üçün istifadə edir, 45 faiz mesajlarını elektron poçt, sms və messencerlərin köməyilə göndərir.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024" beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər iştirakçılar bir araya gəlib.

"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti