...

Azərbaycanda bu il orta aylıq əməkhaqqı nə qədər olacaq?

İqtisadiyyat Materials 24 May 2024 13:30 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu il orta aylıq əməkhaqqının 990,0 manat olması proqnozlaşdırılır.

Trend-in xəbərinə görə, bu barədə məsələ “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair izahatda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilmiş, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olması proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti