...

TDT ölkələri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları üzrə birgə komitə yaradılır

İqtisadiyyat Materials 29 May 2024 14:50 (UTC +04:00)
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr Kombinə Yük Daşımaları üzrə Birgə Komitə yaradırlar.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin məclisinin məlumatında deyilir.

Bu gün Məclis 2022-ci il noyabrın 11-də Səmərqənddə imzalanmış TDT ölkələrinin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi ratifikasiya edib. Bu saziş Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan arasında tranzit-nəqliyyat potensialının və ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

Saziş çərçivəsində TDT-yə üzv dövlətlər arasında dəmir yolu, su və avtomobil nəqliyyatı ilə həyata keçirilən yükdaşımaların həcmi artırılacaq. Tərəflər, həmçinin, kombinə edilmiş yük daşımalarının təşviqində əməkdaşlıq edəcək və qarşılıqlı yardım göstərəcəklər. Bu məqsədlə maraqlı dövlət orqanlarının və təşkilatların nümayəndələrindən müvafiq məsələlərin müzakirəsi və həllinə cavabdeh olan Birgə Komitə yaradılır.

Saziş ratifikasiya olunduqdan sonra tərəflər tranzit daşımalarla bağlı rəqəmsal texnologiyaların tətbiqi və yüklərin “problemsiz” multimodal daşınmasını təmin etmək üçün tədbirlər görə biləcəklər. Avtomobil nəqliyyatında daşıma qaimələrinin və qaimələrin elektronlaşdırılmasına keçid məqsədilə Vahid Nəqliyyat Sənədlərinin İdarə Edilməsi Sistemi hazırlanıb. O, Qazaxıstanın Beynəlxalq Yük Daşımaları Müqaviləsi üzrə Konvensiyaya qoşulduqdan sonra elektron beynəlxalq eCMR-ə keçməsi üçün alət rolunu oynayacaq.

Xəbər lenti

Xəbər lenti