...

Ötən il əhalinin gəlirləri 12,8 faiz artıb

İqtisadiyyat Materials 31 May 2024 12:25 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Təqdim edilmiş məlumatlara görə, 2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə nisbətən nominal ifadədə 12,8 faiz artaraq, 78,1 milyard manat təşkil edib, hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatıb.

Trend xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, aparılan müzakirələr və təhlillər 2023-cü ilin dövlət büdcəsinin icrasının qarşıya qoyulan hədəflərə nail olunduğunu deməyə imkan verir.

"Eyni zamanda, təqdim olunmuş sənədləri müzakirə edərkən, bu qənaətə gəlirik ki, büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha effektiv icrası üçün mövcud qanunvericilik bazasının təkmilləşməsinə və ya yeni, daha çevik büdcə alətlərinin yaradılmasına, maliyyə intizamının daha da gücləndirilməsinə, büdcə təşkilatlarının planlaşdırma və hesabatlılıq davranışlarının təkmilləşdirilməsinə və bu məqsədlərə xidmət edən texniki həllərin tətbiqinə ehtiyac vardır.

Xüsusilə də büdcə xərclərinin icrasının səmərəlilik və nəticəlilik əsasında qiymətləndirilməsi, gəlirlərinin isə potensiala daha yaxın planlaşdırılması üçün daha çevik və yeni yanaşmalara ehtiyac vardır. Dövlət büdcəsinin icrası prosesində müşahidə olunan faktlar bu qənaəti daha da gücləndirir.

Sədrlik etdiyim komitə hesab edir ki, 2023-ci il üçün dövlət büdcəsinin icrası möhtərəm Prezident İlham Əliyevin müəyyən etdiyi əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, o cümlədən, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin icrası, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, iqtisadi subyektlərin dəstəklənməsi, müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün lazımi maliyyə təminatı yaradıb və öz müsbət rolunu oynayıb. Qanun layihəsinə komitənin rəyi müsbətdir. Bunları nəzərə alaraq, dövlət başçısının təqdim etdiyi "2023-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini dəstəkləməyinizi xahiş edirəm", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti