Bakı. Trend:
Kapital Bank-ın əsas məqsədlərindən biri Azərbaycanın maliyyə bazarında fəal iştirakdır.
Trend xəbər verir ki, bu barədə Kapital Bank-ın Xəzinədarlıq Departamentinin rəhbəri Fərid Əliyev bankın istiqrazlarının ticarətinin açılış mərasimində jurnalistlərə deyib.
"Yeni istiqrazlara gəlincə, daha əvvəl qeyd etdiyim kimi, bankın inkişaf strategiyasına uyğun olaraq, o, daim dinamik şəkildə inkişaf edir. Kapital Bank-ın əsas məqsədlərindən biri də bu bazarda fəal iştirakdır. Biz portfelimizi genişləndirməyə və qiymətli kağızlar bazarında payımızı artırmağa çalışırıq", - o deyib.
Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Kapital Bank-ın aktivləri 8 milyard 659 milyon manata, öhdəlikləri 7 milyard 748 milyon manata, bankın kapitalı 911 milyon 289 min manata, nizamnamə kapitalı isə 265 milyon 85 min manata çatıb.
2023-cü ilin yekunlarına görə, bankın xalis mənfəəti 242 milyon 209 min manat təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Bakı Fond Birjasının tədavülü 27 milyard 335 milyon manat olub ki, bu da 2022-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur.
(Tərcümə: Rəna Əbdürəhmanova)