...

SOCAR prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb

İqtisadiyyat Materials 31 İyul 2024 22:05 (UTC +04:00)
SOCAR prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Əl Kaabi ilə görüşüb.

Trend qurumun yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə şirkətlər arasında uğurlu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən məmnunluq ifadə edilib. Bu xüsusda “SARB və Umm Lulu yataqlarında iştirak payının 3 faizinin SOCAR-a verilməsinə” və “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına” dair sazişlərin önəmi vurğulanıb.

Tərəflər enerji keçidi və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti