Bakı. Trend:
Azərbaycan Mərkəzi Bank (AMB) son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkətlərin adını açıqlayıb.
Trend xəbər verir ki, avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Bakı Sığorta" (2.85 indeksi ilə) olub.
Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında "Xalq Sığorta" 2.84 indeksi ilə növbəti dəfə ikinci olub.