...

Mobil rabitə operatorları nə qədər gəlir əldə edib?

İqtisadiyyat Materials 18 Sentyabr 2024 20:20 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,9 faiz artaraq 2237,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xidmətin 74,3 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 35,8 faizi və ya 800,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir və onların abunəçilərinin sayı ümumilikdə 11 milyona yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti