...

"PAŞA Bank" birinci yarımilin yekunlarına həsr olunmuş brifinq keçirib (FOTO) (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 25 Sentyabr 2024 17:15 (UTC +04:00)
"PAŞA Bank" birinci yarımilin yekunlarına həsr olunmuş brifinq keçirib (FOTO) (ƏLAVƏ OLUNUB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"PAŞA Bank" ASC 2024-cü ilin ilk 6 ayı ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

Trend xəbər verir ki, bu barədə “PAŞA Bank” ASC-in idarə heyətinin üzvü Murad Süleymanov bildirib ki, "PAŞA Bank" ASC cari ilin sonuna qədər istiqraz emissiyasını planlaşdırır.

"İstiqrazların emissiyası həm manat, həm də ABŞ dollarında həyata keçiriləcək. İndi emissiyanın həcmi müzakirə edilir və o, bazar tələbatından asılı olacaq. Biz bu ilin sonuna qədər istiqrazları yerləşdirməyi planlaşdırırıq", - o qeyd edib.

“PAŞA Bank” ASC-in komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov bildirib ki, 2024-cü ilin noyabr ayında Şuşada "PAŞA Bank"ın filialı açılacaq.

"Bu ilin noyabr ayında "PAŞA Bank" ASC-in Qarabağda filialının və ya şöbəsinin açılması planlaşdırılır. Gələcək filial üçün bina artıq müəyyən edilib. Filial Şuşa şəhərində yerləşəcək", - o bildirib.

O qeyd edib ki, “PAŞA Bank” Ağdamda nümayəndəlik açmağı planlaşdırır.

"Şuşa şəhərindəki filialdan sonra Ağdamda nümayəndəliyin açılması planlaşdırılır. Hazırda orada bir binamız var. Gələn il açılacağı təxmin edilir", - o deyib.

Qeyd edək ki, "PAŞA Bank" 2025-ci ildə Lənkəranda da filial açmağı planlaşdırır.

“PAŞA Bank” ASC-in İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev qeyd edib ki, “PAŞA Bank” bərpa olunan enerji (BOE) sahəsindəki layihələrin maliyyələşdirilməsini nəzərdən keçirir.

"Hal-hazırda bərpa olunan enerji sahəsində təxminən 70 milyon dollar dəyərində bir neçə layihə üzərində iş gedir. Bu layihələr Qarabağ və Naxçıvanda günəş və külək elektrik stansiyalarının tikintisini əhatə edir. Biz bir sıra proseslərin başa çatmasını gözləyirik və ümid edirik ki, 2024-cü ilin sonuna qədər bu layihələrdən ən azı birini maliyyələşdirməyə müvəffəq olacağıq", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti