...

Türkiyədən Türkmənistana xalça ixracı ötən ilə nisbətən artıb

İqtisadiyyat Materials 10 Oktyabr 2024 11:59 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Türkmənistana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 4,4 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Türkmənistana 202 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 54 faiz azdır” – deyə nazirlikdən deyilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq, 2 milyard 86 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 250 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 2 milyard 883 milyon dollar məbləğində xalça məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti