...

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi açıqlandı

İqtisadiyyat Materials 14 Oktyabr 2024 12:28 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 12711,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz az investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,6 faiz azalıb.

İstifadə olunmuş investisiyanın 6302,0 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 4743,8 milyon manatı (37,3 faizi) xidmət sahələrinə, 1665,3 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 10578,7 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 9193,0 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti