...

Fermerlərə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək

İqtisadiyyat Materials 4 Dekabr 2024 13:41 (UTC +04:00)
Fermerlərə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar Subsidiya Şurasının qərarına əsasən, yeni təsərrüfat ilində də ölkəmizdə giləmeyvə yetişdiriciliyinə dəstək məqsədilə subsidiyalar veriləcək.

Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək respublikanın istənilən bölgəsində salınmış intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək. Subsidiya hər hektarda ən azı 4700 tingin əkildiyi, damcı sulama sistemi ilə təchiz olunmuş intensiv moruq bağlarına şamil ediləcək.

Qeyd olunan şərtlərə uyğun gəlməyən intensiv moruq bağlarınaa görə isə suvarma sistemindən asılı olaraq iki fərqli subsidiyanın verilməsi nəzərdə tutulub.

“Aqrar Subsidiya Şurasının qərarına əsasən, birdəfəlik əkin subsidiyası üçün müəyyən olunmuş şərtlərə uyğun gəlməyən, lakin müasir suvarma sistemi ilə təchiz olunmuş intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 310 manat, müasir suvarma sistemi ilə təchiz olunmamış intensiv moruq bağları üzrə isə fermerlərə 250 manat subsidiya veriləcək.

İntensiv giləmeyvə bağlarının salınmasının dəstəkləməkdə məqsəd ixrac potensialı yüksək məhsul istehsalına nail olmaq, fermerlərin gəlirlərini artırmaq, su və torpaq resurslarından daha səmərəli istifadəyə nail olmaqdır”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti