Bakı. Trend:
Bu ilin oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 909 milyon dollar olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-əTürkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin oktyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 23 milyard 500 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq 29 milyon 409 min dollar olub.
“Bu ilin yanvar – oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 498 milyard 685 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 216 milyard 195 milyon dollara, idxalı isə 7,2 faiz azalaraq 282 milyard 49 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.